Gallery Image 14 Gallery Image 15

Təqvim

Kişi İdman Gimnastikası Üzrə Azərbaycan və Bakı Birinciliyi

Azərbaycan Gimnastika Federasiyası 5 dekabr tarixində kişi idman gimnastikası üzrə 21-ci Azərbaycan və Bakı Birinciliyini keçirəcək.

 

Yarışlarda Bakı Gimnastika Məktəbinin və Respublika Olimpiya Litseyinin yetirmələri iştirak edəcəklər. 2000-2008-ci il təvəllüdlü 23 gimnast mütləq çoxnövçülük üzrə medallar uğrunda mübarizə aparacaqlar.

 

Federasiya yarışları açıq elan etməkdən məmnunluq duyaraq, yenidən idman həvəskarlarını Milli Gimnastika Arenasına dəvət edir. (Giriş sərəbəstdir)