Gallery Image 16 Gallery Image 17

Təqvim

BAKIDA 21-ci AZƏRBAYCAN BİRİNCİLİYİ, BAKI ÇEMPİONATI VƏ İLK DƏFƏ OLARAQ BÖLGƏLƏRARASI KUBOK KEÇİRƏLƏCƏK

11-12 dekabr tarixində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ölkə birinciliyi, şəhər çempionatı, həmçinin ilk dəfə olaraq Bölgələrarası Kubok keçiriləcək. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu il yarışlarda rekord sayda – 112 nəfər gimnast iştirak edəcək. Bu dəfə regionlar bizi xüsusi olaraq sevindirdi. Beləki, yarışlarda Göyçay, Kürdəmir və Qusardan olan gimnastlar da ən yaxşı ad uğrunda mübarizə aparacaqlar.

 

Yarışlar 1999-2001, 2002-2003, 2002-2006-cı il təvəllüdlü gimnastlar arasında keçiriləcək.

Gimmastlar lent, gürzlər, top və h

alqa ilə, həmçinin alətsiz çıxış edəcəklər. Yarış iştirakçıları maraqlı çıxış proqramı da hazırlayıblar, bundan əlavə gimnastika həvəskarlarını böyük gimnastların iştirakı ilə əyləncəli nümunəvi çıxışlar da gözləyir.