Gallery Image 27

Təqvim

Ocaq Yetirmələrinin Novruz Bayram Şousu

19 mart tarixində bütün gimnastika yarışlarının ənənəvi vaxtı 12:00-da Milli Gimnastika Arenasında gimnastların təqdimatında Novruz Bayramı Şousu keçiriləcək.
“Ocaq Sport” Klubunun 6 gimnastika növü ilə məşğul olan 4-14 yaş arası gənc gimnastları 7-ci gimnastika növü – “Gimnastika hamı üçün” adı altında birləşərək rəngarəng çıxışlar nümayiş etdirəcəklər. 
Sizə Novruz bayramı ərəfəsində bahar əhval-ruhiyyəsini bəxş edəcək 300-dən artıq gənc gimnastın qatıldığı tədbirə dəvət edirik. 
Giriş yalnız biletlədir. Biletləri Milli Gimnastika Arenasının kassalarında əldə edə bilərsiz.