Təqvim

GymBala

Uşaqlar bizim sevincimiz, cəmiyyətin gələcəyidir. Onlara sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin aşılanması məqsədilə, federasiyamız ilk dəfə olaraq azyaşlı gimnastlar arasında 1 iyun tarixində - məhz Uşaqların Beynəlxalq Müdafiəsi günündə bədii gimnastika üzrə yarış təşkil edəcək.

Daha çox əyləncəli xarakter daşıyacaq bu turnirdə Bakı ilə yanaşı, bölgələrdən də olan 2010, 2011 və 2012-ci il təvəllüdlü 51 gimnast öz güc və bacarıqlarını nümayiş etdirəcəklər.

Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Su İdman Sarayı, Start klubu, Zirə Mədəniyyət Mərkəzi, Sumqayıt şəhəri, eləcə də Zabrat, İsmayıllı, Göyçay, Kürdəmir, Gəncə  və Ağdaşdan olan təmsilçilər fərdi və qrup hərəkətləri proqramında tamaşaçı qarşısına çıxacaqlar.

Turnir boyunca izləyicilərə fləşmoblar və maraqlı müsabiqələr də təqdim olunacaq.

Yarışlara biletləri Arenanın kassasından, "Bazarstore" mağazalar şəbəkəsinin Xətai və  "28 mall" filiallarından əldə edə bilərsiniz. Biletlərin qiyməti 8 və 10 manat təşkil edir. 

Yarışlar haqqında ətraflı məlumatı federasiyanın internet səhifəsindən əldə edə bilərsiniz.