Təqvim

Kişi və Qadın İdman Gimnastikası üzrə 24-cü Bakı Çempionatı, Azərbaycan Birinciliyi və Akrobatika Gimnastikası üzrə 24-cü Azərbaycan Birinciliyi

Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünə start verir.

Belə ki, yayın ilk günləri, 9-10 iyun tarixlərində Kişi və Qadın İdman Gimnastikası üzrə 24-cü Bakı Çempionatı və Azərbaycan Birinciliyi, o cümlədən,  Akrobatika Gimnastikası üzrə 24-cü Azərbaycan Birinciliyi keçiriləcək.

İki gün davam edəcək turnirdə ümumilikdə 134 gimnast Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, Ocaq Sport Klubu, Neftçi İdman Klubu, Nizami rayonu İdman Məktəbi, Balakən, Şabran və Sumqayıtı təmsil edəcəklər.

Yarışların ilk günü yeni başlayanlar, balacalar, gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasında yer almış qadın idman gimnastlarının çıxışları ilə başlayacaq.

Daha sonra mübarizəyə akrobatlar qoşulacaq. Gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasına bölünmüş qadın qrupları, qadın cütlükləri, qarışıq cütlüklər və kişi cütlükləri yarış meydançasında öz məharətlərini nümayiş etdirəcəklər. Turnirin ikinci günü də məhz akrobatların çıxışları ilə davam edəcək.

Və son olaraq medallar uğrunda öz güclərini kişi idman gimnastları sınayacaq. Gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda yer almış idmançılarımızın əzmkar nümayişləri ilə yarışlara yekun vurulacaq.

Turnirə biletləri Arenanın kassasından əldə edə bilərsiniz. Biletlərin qiyməti 3 manatdır.

Yarışlar haqqında daha ətraflı məlumatı federasiyanın internet səhifəsindən əldə edə bilərsiniz.