Təqvim

İdman Gimnastikası üzrə 25-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı

Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünə start verir.

Silsilə beynəlxalq yarışlara ev sahibliyi edən Milli Gimnastika Arenası bu dəfə 29-30 iyun tarixlərində baş tutacaq Kişi və Qadın İdman Gimnastikası Azərbaycan Birinciliyi və Bakı Çempionatına hazırlaşır.

İki gün davam edəcək turnirdə ümumilikdə 100-dən çox gimnastın iştirak edəcəyi gözlənilir.

Yarışlarda qadın idman gimnastları böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar və kişi idman gimnastları isə böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda mübarizə aparacaqlar.

Turnirə biletləri Arenanın kassasından əldə edə bilərsiniz. Biletlərin qiyməti 5 manatdır.

Yarışlar haqqında daha ətraflı məlumatı federasiyanın internet səhifəsindən əldə edə bilərsiniz.