Təqvim

Akrobatika Gimnastikası üzrə Azərbaycan və Bakı Çempionatı, Kişi və Qadın İdman Gimnastikası üzrə Azərbaycan Çempionatı və Açıq Bakı Birinciliyi

Azərbaycan Gimnastika Federasiyası payızın son günlərində növbəti milli yarışına hazırlaşır. 23-24 noyabr tarixlərində Milli Gimnastika Arenasının köməkçi zalı idman gimnastlarının və akrobatların ixtiyarında olacaq. Belə ki, bu tarixlərdə Kişi idman gimnastikası üzrə 25-ci, qadın idman gimnastikası üzrə 4-cü Azərbaycan Çempionatı və Açıq Bakı Birinciliyi, akrobatika gimnastikası üzrə isə 25-ci Azərbaycan və Bakı Çempionatı keçiriləcək.

Turnirdə akrobatlar “uşaqlar”,  “yeniyetmələr” və “böyüklər” yaş kateqoriyasında yer alaraq, qadın cütlükləri, kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında yarışacaqlar.

İdman gimnastları isə “balalar”, “balacalar”, “kiçiklər”, “yeniyetmələr”, “gənclər” və “böyüklər” yaş kateqoriyasına bölünərək, medallar uğrunda mübarizə aparacaqlar.

200-dən çox gimnastın iştirakı ilə  2 gün davam edəcək turnirdə Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Neftçi İdman Kompleksi, Zirə Klubu və Şabran rayonu təmsil olunacaqlar.

Yarışlara biletləri Arenanın kassasından, həmçinin onlaynəldə edə bilərsiniz.