Təqvim

İdman Gimnastikası üzrə FIG Dünya Kuboku, AGF Trophy 2019

Azərbaycan Gimnastika Federasiyası 14-17 mart tarixlərində Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kubokuna ev sahibliyi edəcək.

Kubok, Tokio-2020 Yay Olimpiya Oyunlarına getmək istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda  iştirak etmək üçün 41 ölkə artıq qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnastının mübarizə aparacağı gözlənilir. 

Qeyd edək ki, dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Ən yaxşı idmançıların çətin və əzmli mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri Arenanın kassasından, 28 Mall və Gənclik Mall alış-veriş mərkəzlərindən, həmçinin onlayn (https://ticketing.mga.az/) əldə edə bilərlər​. Təsnifat günləri üçün biletin qiyməti 10 manat, final günləri üçün isə 15 manat təşkil edir.

Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyasının bu il daha sərfəli şərtlərlə təqdim etdiyi Mövsümi Bileti də gimnastika yarışlarının sadiq tamaşaçıları (ətraflı: http://agf.az/az/news/2151//competitions/information/159) Arenanın kassasında ala biləcəklər.