Təqvim

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatı

Azərbaycan Gimnastika Federasiyası isti yay günlərində milli yarışlar mövsümünə bədii gimnastika ilə davam edir.

Belə ki,  29-31 avqust tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatı keçiriləcək.

Yarışlarda fərdi gimnastlar “balacalar”, “yeniyetmələr”, “gənclər” və “böyüklər” yaş kateqoriyasında mübarizə aparacaqlar. İştirakçılar arasında  Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, GymKids Klubu, Daxili İşlər Nazirliyinin idman məktəbi, Zirə Mədəniyyət Mərkəzi,  həmçinin Sumqayıt şəhəri, Gəncə, Mingəçevir və Şağan gimnastları yer alacaqlar.

3 gün davam edəcək turnirdə 100-dən çox gimnast arena xalçasını öz performansları ilə bəzəyəcək.

Odur ki, ölkə birinciliyində gimnastikanın ən zərif nümayəndələrinə dəstək olmaq üçün biletləri Arenanın kassasından, həmçinin onlayn (https://ticketing.mga.az/az/) əldə edə bilərsiniz. Yarışların ilk iki günü biletlərin qiyməti 5, final günü isə 8  manat təşkil edəcək.