Təqvim

Kişi İdman Gimnatikası üzrə 1-ci AGF Junior Trophy adlı Beynəlxalq Turnir

Mart ayında idman gimnastikası üzrə ənənəvi dünya kubokundan öncə Milli Gimnastika Arenası gənc kişi idman gimnastlarını qonaq edəcək.

7-8 mart tarixlərində Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə “1-ci AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edəcək.

Turnirdə gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

Yarışa ilkin qeydiyyat siyahısına əsasən turnirdə iştirak üçün 13 ölkədən olan nümayəndə heyətləri tərkibində ümumilikdə 84 nəfərin ölkəmizə səfər edəcəyi gözlənilir.

Qeyd edək ki, bu yarış 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayacaq.

Yarışa biletləri Arenanın kassasından, həmçinin onlayn (https://ticketing.mga.az/) əldə edə bilərsiniz. Biletlərin qiyməti turnirin təsnifat mərhələsi üçün 8, final mərhələsinə isə 10 manat təşkil edir.

Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyasının təqdim etdiyi Mövsümi Bileti də gimnastika yarışlarının sadiq tamaşaçıları Arenanın kassasında əldə edə bilərlər.