Təqvim

Aerobika Gimnastikası üzrə 16-cı Dünya Çempionatı

Azərbaycan Gimnastika Federasiyasının 2021-ci ildə təşkil edəcəyi ən irimiqyaslı yarış aerobika gimnastikası üzrə Dünya Çempionatıdır.

Ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi bu yarış 27-29 may tarixlərində keçiriləcək.

Azərbaycanda son dövrlərdə inkişaf etdirilən bu növ üzrə Avropa Çempionatı isə ilk dəfə olaraq 2019-cu ildə təşkil edilmişdi. Aerobika gimnastikası üzrə Avropa çempionatına uğurla ev sahibliyi etmiş Milli Gimnastika Arenası artıq bu dəfə Dünya çempionatı zamanı gimnastikanın ən dinamik növünün nümayəndələri üçün öz qapılarını açmağa hazırlaşır.

3 gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.