Təqvim

Aerobika gimnastikası üzrə 9-cu Dünya Yaş Qrupları Yarışları

2021-ci ilin may ayında Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edəcək.

Sayca 9-cu olan bu yarışlar 21-23 may tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar.

Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayacaqlar.