Gallery Image 2 Gallery Image 8

Təqvim

Bakı birinciliyi: 100-dən artıq gimnast + 8 qrup

12 aprel tarixində paytaxtımızda bədii gimnastika üzrə 21-ci Bakı Birinciliyi keçiriləcək. Yarışlarda 5 yaş qrupunda (yeniyetmələr və 2002-2003, 2004, 2005 və 2006-cı il təvəllüdlülər) yer almış 112 fərdi gimnast iştirak edəcək. Həmçinin yarışlarda qrup hərəkətləri komandaları öz bacarıqlarını nümayış etdirəcəklər - Bakı Birinciliyində ilk dəfə olaraq, 2004-2006-cı il təvəllüdlü gimnastlardan ibarət 8 gənc kollektiv iştirak edəcək.
 

İdmançılar yalnız mütləq çoxnövçülükdə medallar uğrunda mübarizə aparacaqlar. Birincilikdə, "Neftçi" və Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi və "Spartak", Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti və "Sərhədçi" ilə yanaşı, "Baku Flames", Nizami Rayonu Uşaq-gənclər Yaradıcılıq Mərkəzi, Şağan OİK və "Ocaq Sport" klubunun gimnastları da turnirdə iştirak edəcəklər.

Ünvan: Olimpiya küç., 7

Keçid: "Gənclik" metrostansiyası