Xəbərlər

Vahid Bayramov: Milli Gimnastika Arenası bu idman növünün inkişafı üçün atılan çox vacib addımdır.

Aprel 5, 2014

İyunun 13-15-də Bakıda Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatını səbirsizliklə gözləyirik. Bu barədə Azərbaycan ziyalısı, gimnastika azarkeşi Vahid Bayramov deyib.

Onun sözlərinə görə, bütün Bakı həvəskarları bu çempionata baxmağa gedəcək: "Biz əminin ki, bu yarış uğurla keçəcək və həmişəki kimi biz bu yarışlarla fəxr edəcəyik".

V.Bayramov qeyd edib ki, yeni tikilən Milli Gimnastika Arenası çox möhtəşəm tikilidir: "Yenə təkrar edirəm, biz əminik ki, hər şey yüksək səviyyədə keçiriləcək və gözəl Bakımız uzun illər gələn qonaqların yaddaşında qalacaq".

V.Bayramov əlavə edib ki, Milli Gimnastika Arenası bu idman növünün inkişafı üçün atılan çox vacib addımdır: "Bu arenada atletlərimizin təlimi üçün də çox gözəl şərait yaradılıb".

Qeyd edək ki, Bakıda iyunun 13-15-də bədii gimnastika üzrə XXX Avropa çempionatı keçiriləcək.

Gallery Image 26 Gallery Image 27