Xəbərlər

Bakıda keçiriləcək bədii gimnastika üzrə avropa çempionatının rəsmi saytı və videoçarxı təqdim edilib.

Aprel 5, 2014

Bu gün Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının rəsmi saytı (www.baku2014.agf.az

) və yerli televiziya kanallarında nümayiş olunacaq təbliğat videoçarxı təqdim edilib.
 

Təqdimat mərasimində Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov, Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki komitəsinin rəhbəri Hayde Bruneder, AGF-nin baş katibi, Avropa Gimnastika İttifaqının vitse-prezidenti Fərid Qayıbov, bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva, Avropa çempionatının marketinq üzrə direktoru Səbri Gülmalıyev və beynəlxalq dərəcəli arbitr, Avropa çempionatının direktoru Natalya Bulanova iştirak ediblər.
 

S.Gülmalıyev deyib ki, aprelin 20-dən etibarən çempionata biletlər satışa buraxılacaq və eyni zamanda onlayn formada da bilet almaq mümkün olacaq.
 

Onun sözlərinə görə, çempionatın saytı üç dildə - Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.
 

Qeyd edək ki, Bakıda iyunun 13-15-də bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək.

Gallery Image 21 Gallery Image 23