Xəbərlər

Ən yaxşı nəticə - 4-cü yer

Aprel 14, 2014

Azərbaycan gimnasti Marina Durunda İtaliyanın Pesaro şəhərində keçirilən Dünya Kubokunun növbəti mərhələsində 4-cü yeri qazandı. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata əsasən yığma komandanın lideri 4 finalın hər birinə vəsiqə qazanmiş, lakin ən yaxşı gürzlərlə çıxış edərək 4-cü yerdə qərarlaşmışdır. O, topla hərəkətlərdə 5-ci, halqa ilə 6-cı, lentlə isə 8-ci oldu. Səbinə Abbasova, Siyana Vasileva, Diana Doman, Aliyə Paşayeva, Aleksandra Platonova və Aynur Mustafayevadan ibarət qrup hərəkətləri komandamız 10 gürzlə finalda 6-cı yerdə, 3 top və 2 lent ilə hərəkətlərdə isə 8-ci yerdə qərarlaşdı. Yeniyetmələr arasında yarışda Jalə Piriyeva halqa ilə 4-cü, topla hərəkətlərdə isə 5-ci nəticəni göstərdi. Züleyxa İsmayılova isə lentlə 5-ci, güzrlərlə isə 6-cı oldu. Bu arada, Portuqaliyada batut gimnastikası və tamblinq üzrə Avropa Çempionatı yekunlaşıb. Qitə Çempionatında ilk dəfə çıxış edən Oleq Piunov və Ruslan Ağamirov 66 gimnast arasında müvafiq olaraq 22-ci və 32-ci yerdə qərarlaşdılar, Sabina Zaytseva isə batut üzrə 46 qadın gimnastı arasında 24-cü oldu. Avropa Çempionatında həmçinin ilk dəfə iştirak edən gənc tamblinqçi Türkel Üzeyirli isə 23-cü nəticəni göstərdi.

Gallery Image 14 Gallery Image 13